• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

“Onu dəhşətli dərəcədə özləyəcəyik” - İtinin öldüyünü açıqladı

DÜNYA

16 Sentyabr 2026 | 20:24 | Müəllif: Əli Hüseynov

“Onu dəhşətli dərəcədə özləyəcəyik” - İtinin öldüyünü açıqladı

ABŞ-nin keçmiş prezidenti Barak Obama ailəsinin sevimli iti, 13 yaşlı portuqal su iti Sanninin öldüyünü açıqlayıb.

Bakıvaxtı.az “Independent” nəşrinə istinadla xəbər verir ki, Sanni Obama ailəsinə 2013-cü ildə, Barak Obamanın ikinci prezidentlik müddətində qoşulmuşdu.

Sabiq dövlət başçısı Sannini enerjili və idmançı bir it kimi xarakterizə edib, onun 2021-ci ildə tələf olan böyük qardaşı Boya qarşı qayğıkeşliyini vurğulayıb:

“Qızlar yatdığı yerdə onu narahat edəndə belə, onları çox sevirdi. Onu dəhşətli dərəcədə özləyəcəyik və inanırıq ki, indi böyük qardaşının yanındadır və onun yaxşı olmasına nəzarət edir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR