Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu 2024-cü il iyunun 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olublar.
Bakı 



