Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonundan olan 62 nəfərdən ibarət şəhid ailələri nümayəndələri, qazilər, ağsaqqallar və rayon ziyalıları iki günlük Ağdam- Xankəndi–Şuşa–Laçın səfərində iştirak ediblər.
Bakıvaxtı.az xəbər verir ki, tur çərçivəsində iştirakçılar Ağdam Muğam Mərkəzini, Ağdam Şəhidlər xiyabanını, Cümə Məscidini, Xankəndidə Qarabağ Universitetini və Zəfər Parkını ziyarət ediblər. Şuşada Cıdır düzü, Şuşa qalası və Molla Pənah Vaqifin məqbərəsi, Laçında Zabux qəsəbəsi, Ceyran Qızlar bulağı və seyrəngah, Zəngilanda isə Ağalı kəndi gəzintiləri böyük marağa səbəb olub.
İştirakçılar yüksək səviyyədə təşkil olunmuş bu unudulmaz səfərə görə millət vəkili Ağalar Vəliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Bakı 









