“Azərbaycan Hava Yolları” QSC (AZAL) Qazaxıstanın Atırau şəhərinə ilk uçuşunu həyata keçirib.
Bakıvaxtı.az xəbər verir ki, yeni marşrut Azərbaycanla Qazaxıstan arasında hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yeni istiqamətin işgüzar və turizm səfərlərinin artmasına, eləcə də iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
Bakı–Atırau–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
Yeni marşrut sərnişinlərə Qərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri olan Atırauya birbaşa və rahat səyahət imkanı yaradacaq.
Qeyd edək ki, Qazaxıstan AZAL-ın beynəlxalq uçuş şəbəkəsində prioritet istiqamətlərdən biridir. Aviaşirkət iki ölkə arasında artan sərnişin tələbatını nəzərə alaraq Qazaxıstan üzrə uçuş coğrafiyasını genişləndirir.
Yeni istiqamətin istifadəyə verilməsi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hava nəqliyyatı əlaqələrinin inkişafına da əlavə imkanlar yaradacaq.
Atırau istiqamətinə biletləri AZAL-ın rəsmi internet səhifəsi, mobil tətbiqi, aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.
Bakı 







