• Bakı 26° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur... - Video

HADİSƏ

17 Avqust 2026 | 16:30

Dostlardan biri həbsdədir, digəri isə artıq həyatda yoxdur... - Video

İyulun 30-u Xətai rayonunda bıçaqlanaraq öldürülən Orxan Yusubovun və qətldə şübhəli bilinən keçmiş işçisi Sabir Camalovun birgə çəkilmiş görüntüləri yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə ay əvvəl çəkildiyi bildirilən videoda keçmiş dostların mehriban münasibətdə olmaları açıq görünür.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü O.Yusubov Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində qətlə yetirilib. O, “Seaside estate” şirkətinin rəhbəri olub.

Mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi imiş. Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə “Sabir Əmlak” adlı şirkətini qurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR