• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Kamçatkada zəlzələ

DÜNYA

17 Avqust 2026 | 17:48 | Müəllif: Əli Hüseynov

Kamçatkada zəlzələ

Kamçatka (Rusiya) sahillərinin akvatoriyasında 5,4 maqnitudalı zəlzələ baş verib.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqat Mərkəzinin Kamçatka filialı məlumat yayıb.

"İlkin qiymətləndirməyə görə, Petropavlovsk-Kamçatskidə intensivlik üç bal təşkil edib", - məlumatda bildirilib.

Episentr Petropavlovsk-Kamçatskidən təxminən 94 kilometr aralıda yerləşib. Zəlzələ ocağı 44 kilometr dərinlikdə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026