İran müharibənin yekun olaraq dayandırılması ilə bağlı ABŞ ilə razılığa gəlmək cəhdlərində irəliləyişin olmaması fonunda öz siyasətini müdafiədən hücuma dəyişmək qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters"ə yüksək vəzifəli İran rəsmisi bildirib.
Onun sözlərinə görə, münaqişənin dayandırılması və strateji əhəmiyyətli Hörmüz boğazı vasitəsilə neft tankerlərinin hərəkətinin bərpası üzrə danışıqlar dalana dirənib. Bununla belə, hərbi əməliyyatların tezliklə dayanacağına dair hələlik heç bir əlamət yoxdur.
"İran strukturları Hörmüz boğazında və bütövlükdə regionda gərginliyin artmasına hazır olmalıdır, çünki mürəkkəb vəziyyətlərdə İran qərarlar qəbul etməyə və addımlar atmağa hazır olacaq", - rəsmi deyib.
O əlavə edib ki, diplomatik səylər uğursuz olarsa, Tehran ABŞ-nin hərbi-dəniz blokadasını yarmaq üçün "vaxtında və dəqiq" hərbi zərbə endirəcək.
Bazar ertəsi, İran və ABŞ-nin 17 iyun tarixində imzalanmış anlaşma memorandumu çərçivəsində yekun razılığa gəlməli olduqları gözlənilən müəyyən edilmiş tarix idi.
Bakı 



