20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılacaq.
Bakıvaxtı.az xəbər verir ki, elektron yerdəyişmə prosesi 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.
Şagirdlərin bir məktəbdən digərinə elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Qeyd edək ki, internetə çıxış imkanı olmayan vətəndaşlar elektron yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsilin yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Valideyn və qanuni nümayəndələrdən proses zamanı tələb olunan məlumatları düzgün daxil etmələri və elektron yerdəyişmə ilə bağlı qaydalara əməl etmələri xahiş olunur.
Bakı 



