• Bakı 26° C

    12.54 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Fişəng fabrikində partlayış: 8 nəfər öldü - Bu ölkədə

DÜNYA

18 Iyul 2026 | 18:37

Fişəng fabrikində partlayış: 8 nəfər öldü - Bu ölkədə

Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad şəhərində qanunsuz fişəng fabrikində baş verən güclü partlayış nəticəsində ən azı səkkiz nəfər ölüb, 15 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "India TV" məlumat yayıb .

Telekanalın məlumatına görə, partlayış o qədər güclü olub ki, səsləri 5 km aralıdan eşidilib. Hadisə yerində geniş dağıntılar qeydə alınıb. Xilasedicilər dağıntılar altından insanları çıxarmalı olublar.

Hakimiyyət orqanları partlayışın səbəbi və pirotexnika fabrikinin qanunsuz fəaliyyəti üzrə başlayıb.

Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Iyul 2026