ABŞ-nin Pakistanın qədim şəhəri olan Peşavərdəki Baş Konsulluğu tamamilə bağlanıb
Bakıvaxtı.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.
"Xeybər-Paxtunxva əyaləti ilə diplomatik əlaqələr ABŞ-nin İslamabaddakı səfirliyi nəzdindəki Əyalətlə İş üzrə Şöbəyə keçib", - paylaşımda qeyd olunub.
ABŞ Dövlət Departamenti may ayının əvvəlində baş konsulluğun mərhələli şəkildə bağlanacağını bildirmişdi.
Bu qərar diplomatik heyətin təhlükəsizliyi və resursların daha səmərəli bölüşdürülməsi zərurəti nəzərə alınaraq qəbul edilib.















