• Bakı 19° C

    3.17 m/s

Yunanıstanda helikopter qəzası: ÖLƏN VAR

DÜNYA

17 Avqust 2026 | 20:59 | Müəllif: Əli Hüseynov

Yunanıstanda helikopter qəzası: ÖLƏN VAR

Egey dənizindəki Yunanıstanın Sifnos adasında kiçik şəxsi helikopter qəzaya uğrayıb, nəticədə göyərtədə olan 3 nəfərin hamsı ölüb.

Bu barədə Bakıvaxtı.az "Ekathimerini"yə istinadən xəbər verir.

İlkin məlumatlara görə, helikopter yerə çırpıldıqdan sonra alışıb. Yanğını yerli yanğınsöndürmə briqadaları söndürüb.

Helikopter Tolos bölgəsindəki aerodromdan havalandıqdan az sonra yaşayış məntəqəsində qəzaya uğrayıb. Ölən pilotun və iki sərnişinin şəxsiyyəti hələ müəyyən edilməyib.

Aviaqəzanın səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026