• Bakı 25° C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1767

Övladı Xoşqədəmi sevindirdi - FOTO

CƏMİYYƏT

18 Iyul 2026 | 20:52

Övladı Xoşqədəmi sevindirdi - FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı oğlu Ardanın uğurunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

Bakıvaxtı.az axşam.az-a istinadla xəbər verir ki, aparıcı beynəlxalq festivalda birinci yerə layiq görülən oğlunun mükafat aldığı anlardan fotonu paylaşaraq ona duyğusal sözlər həsr edib. Xoşqədəm bildirib ki, Arda pianoya başlayanda cəmi 3 yaşı olub:

“Balaca əlləri, pedala çatmayan ayaqlar... Bəzən onlardan çox şey tələb etdiyim üçün özümü qınayırdım. Amma bu gün Ardanın beynəlxalq festivalda 1-ci yer qazandığını görəndə düşündüm: nə yaxşı ki, vaz keçməmişəm. Səninlə qürur duyuram, mənim ürəyim. Yolun həmişə açıq olsun”.

Qeyd edək ki, müğənni Doğuşla ailəli olan aparıcının 3 övladı var. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR