Almaniyanın şimalındakı Mürits Milli Parkında 388 hektara yaxın ərazini əhatə edən meşə yanğınının söndürülməsi üçün yüzlərlə xilasedici cəlb olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tagesspiegel" nəşri məlumat yayıb.
Məlumata görə, yanğının söndürülməsinə 360-a yaxın əməkdaş cəlb edilib.
Bildirilir ki, ərazi əvvəllər hərbi poliqon kimi istifadə olunduğundan yanğının söndürülməsi çətinləşib. Səbəb isə bəzi hissələrdə partlamamış sursatların qalmasıdır.
Bu səbəbdən yanğının söndürülməsi üzrə əsas işlər təhlükəsizlik baxımından daha münasib hesab edilən ərazinin şərq hissəsində aparılır./Teleqraf
Bakı 



