• Bakı 24° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Tramp buna ŞÜBHƏ EDİR

DÜNYA

17 Avqust 2026 | 23:12

Tramp buna ŞÜBHƏ EDİR

Hazırda İran münaqişənin dayandırılması ilə bağlı ABŞ-ın şərtlərini qəbul etməyə hazır olduğunu nümayiş etdirmir.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

"Onlar razılaşma əldə etmək istəyirlər, lakin mənim zəruri hesab etdiyim razılaşmaya getmirlər", - deyə ABŞ lideri bildirib.

O, həmçinin İranla qarşılıqlı anlaşma memorandumunun müddətini uzatmağa çalışmadığını bildirib. Sözügedən memorandum hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.

Bununla yanaşı, Tramp yenidən Hörmüz boğazının ABŞ ərazisi elan edilməsini əla fikir hesab etdiyini deyib:

"Sadəcə bunun əla fikir olduğunu düşünürəm. Demək istəyirəm ki, biz ona (Hörmüz boğazına – red) nəzarət edirik... Onu öz ərazimiz elan etmək fikri xoşuma gəlir".

Bundan əvvəl Al Arabiya telekanalı mənbələrə istinadən ABŞ və İranın atəşkəsin uzadılması barədə razılığa gəldiyini bildirmişdi. Lakin bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026