ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla aralarında qarşılıqlı anlaşmanın olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Kim Çen In həmişə mənə böyük hörmətlə yanaşıb. Biz dəfələrlə görüşmüşük. Əsasən iki dəfə. Görüşüb söhbət etmişik. Mən onu başa düşürəm, o da məni başa düşür”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti Kim Çen Inla münasibətlərinin yaxşı olduğunu da vurğulayıb.
Tramp, həmçinin Kim Çen Inın danışıqlar keçirmək təklifinə cavab verib-vermədiyi ilə bağlı suala müsbət cavab verib.
“Bu, çox müsbətdir”, – deyə ABŞ Prezidenti qeyd edib. O, cavabın təfərrüatlarını açıqlamayıb.
***
22:39
Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın danışıqlar keçirmək təklifini qəbul edib.
Bakıvaxtı.az-ın verdiyi məlumata görə, bunu Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.
Bundan əvvəl ABŞ lideri Pentaqonun rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını əhəmiyyətli dərəcədə azaltmağı tapşırdığını açıqlamışdı. Tramp bu təlimlərin KXDR-ə "tamamilə yersiz və düşməncəsinə siqnal" verdiyini bildirmişdi.
O, həmçinin Şimali Koreya lideri Kim Çen Inla "çox yaxşı münasibətlərinin" olduğunu vurğulamışdı.
Bakı 



