• Bakı C

    11.25 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.1931

"ABŞ ilə İran arasında sürətli həll gözləmək real deyil"

DÜNYA

12 Aprel 2026 | 22:05

ABŞ ilə İran arasında sürətli həll gözləmək real deyil

ABŞ və İran arasındakı münaqişənin tezliklə həlli gözlənilmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında yazıb.

"Bir çox əhatəli məsələləri ehtiva edən ixtilaflarda çox sürətli həll gözləmək arzu edilsə də, real deyil", - o bildirib və əlavə edib ki, müzakirə çətin ola bilər:

"Ancaq ən çətin müzakirə müharibənin dağıdıcı təsirləri qarşısında sərf edilən zamana və səyə dəyər".

O, bölgədə təmin edilən atəşkəsin təsirli və əhatəli şəkildə tətbiq olunması, müzakirələrə kifayət qədər fürsət verilməsi və prosesin qalıcı sülhlə nəticələnməsini arzulayıb. "Türkiyə Respublikası olaraq Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə ədalətli bir sülh üçün diplomatik səylərə ən yüksək səviyyədə töhfə verməyə davam edəcəyik", - C. Yılmaz paylaşımı tamamlayıb.


SON XƏBƏRLƏR