Rusiya Prezidenti Vladimir Putinin müəllimi Vera Dmitriyevna Qureviç onun məktəb illərindən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, Qureviç Putinin məktəbdəki ən güclü oğlan olduğunu söyləyib.
"O, həmişə güclü olub. Hətta deyərdim ki, o, yəqin ki, bütün məktəbimizin ən güclü oğlanı idi. Kimsə onunla mübahisəyə cəsarət etməzdi", - deyə müəllim bildirib.
Müəllim həmçinin gələcək prezidentin atası Vladimir Spiridonoviç Putinin oğlunu yaxşı böyütdüyünü də bildirib:
"O, tələbkar idi və həmişə oğlunun üstün olmasını istəyirdi. Valideynləri çox qonaqpərvər və səxavətli insanlar idilər".
Bakı 




