• Bakı 22° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Müharibədən sonra ilk dəfə görüşdülər

DÜNYA

11 Iyun 2026 | 20:36

Müharibədən sonra ilk dəfə görüşdülər

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İranın milli təhlükəsizlik məsələlərinə məsul olan yüksəkrütbəli rəsmiləri ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən bəri ilk dəfə üz-üzə gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, cari həftə baş tutan bu gizli danışıqlar iki ölkə arasında gərginliyin azaldılması istiqamətində atılmış mühüm addım hesab olunur. Görüşün əsas təşəbbüskarı qismində isə Tehranla dialoqu normallaşdırmaqda maraqlı olan rəsmi Abu-Dabi çıxış edib.

Agentliyin həmsöhbətləri qeyd edirlər ki, BƏƏ rəhbərliyi hazırda regionda alovlanan müharibənin ölkə iqtisadiyyatına və milli təhlükəsizliyinə vura biləcəyi mümkün zərərləri minimuma endirməyə çalışır. BƏƏ-nin sözügedən kompromisli yanaşması münaqişənin ilkin mərhələlərində tutduğu sərt mövqedən kəskin şəkildə fərqlənir.

Xatırladaq ki, cari ilin fevralın 28-də ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. İslam Respublikasının bir çox böyük şəhərləri, o cümlədən paytaxt Tehran ağır zərbələrə məruz qalıb. Hava hücumlarından biri İranın Ali Lideri Əli Xameneinin iqamətgahına endirilib və o, həlak olub. Həmin hadisəyə cavab olaraq İran ordusu İsrailə, eləcə də ABŞ-nin Yaxın Şərqdəki, xüsusən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ ərazilərində yerləşən hərbi bazalarına raket və dronlarla cavab zərbələri endirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR