• Bakı 26° C

    15.8 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Bir gün Safari Parkda - FOTO - VİDEO

CƏMİYYƏT

27 Iyul 2026 | 14:40

Bir gün Safari Parkda - FOTO - VİDEO

Şamaxı Safari Parkı, Pirqulu dağ-meşə massivində, dəniz səviyyəsindən yüksəklikdə yerləşən və vəhşi heyvanların təbii mühitdə saxlanıldığı Qafqazın ən böyük safari parkıdır.

Bakıvaxtı.az xəbər verir ki, 1000 hektardan çox geniş ərazini əhatə edən bu ekoloji qoruq, ziyarətçilərə heyvanları qəfəsdə deyil, tam sərbəst şəkildə seyr etmək və fotosafari macərası yaşamaq imkanı təklif edir.

Parkda dünyanın müxtəlif ölkələrindən gətirilmiş nəcib maral, Altay maralı, xallı maral, muflon, alpaka, lama, bizon, zubr və yak kimi 1000-dən çox vəhşi heyvan yerli təbiətə uyğunlaşdırılmış halda yaşayır.

Park daxilində xüsusi avtobuslarla qrup turları və ya yolsuzluq avtomobilləri (4x4) ilə fərdi ekskursiyalar təşkil olunur. Turlar zamanı bəzi heyvanları yaxından görmək və hətta yemləmək mümkündür.

 

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyul 2026