• Bakı 27° C

    17.01 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Günəşdə güclü alışma baş verib

CƏMİYYƏT

27 Iyul 2026 | 13:12

Günəşdə güclü alışma baş verib

Bu gün səhər saatlarında Günəşdə M sinifli alışma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan TASS agentliyinə açıqlama verilib.

"İyulun 27-də saat 05:43-də Moskva vaxtı ilə (Bakı vaxtı ilə 06:43-də) 4494 (S04W03) ləkələr qrupunda rentgen diapazonunda müddəti 16 dəqiqə olan M1.0 alışması qeydə alınıb", - deyə məlumatda bildirilir.

Məlum olduğu kimi, rentgen şüalarının intensivliyinə görə, Günəşdəki alışmalar beş əsas qrupa ayrılır: A, B, C, M və X. Ən zəif olan A0.0 kateqoriyası Yer kürəsi orbitində hər kvadratmetr üçün 10 nanovatlıq şüalanma enerjisinə bərabərdir. Hər sonrakı hərfə keçid zamanı bu enerji 10 dəfə çoxalır. Adətən, belə alışmalar zamanı Günəş plazması kosmosa atılır və həmin plazma buludlarının Yerə çatması nəticəsində planetimizdə maqnit qasırğaları yarana bilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyul 2026