• Bakı 26° C

    15.8 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər nə vaxt paylanacaq? - ETN-dən AÇIQLAMA

CƏMİYYƏT

27 Iyul 2026 | 15:17

Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər nə vaxt paylanacaq? - ETN-dən AÇIQLAMA

Yeni tədris ilinin başlanmasına iki aydab az vaxt qalır. Dünyanın müxtəlif ölkələrində yaşayan minlərlə soydaşımız kimi, Gürcüstandakı azərbaycanlı şagirdlər də məktəbə hazırlaşırlar. Onların təhsil aldığı Azərbaycan bölmələrində əsas məsələlərdən biri isə yeni dərsliklərin vaxtında çatdırılmasıdır.

Bəs bu məktəblərə dərsliklər nə vaxt göndərilir və bu proses necə tənzimlənir?

Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbacan Respublikasının Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində həyata keçirilir. Sazişə əsasən, hər iki ölkə arasında ümumi təhsil pilləsi üzrə müvafiq dərsliklərin mübadiləsi aparılır.

Qurumdan qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən hazırlanan dərsliklər Gürcüstanın azərbaycandilli məktəblərinə hər tədris ilinin əvvəlində təqdim edilir.

Hazırda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən növbəti tədris ili üçün Gürcüstanın tədris Azərbaycan dilində olan ümumtəhsil müəssisələrinin dərslik təminatı ilə bağlı Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə rəsmi yazışmalar aparılır və nəticədə qısa müddətdə dərsliklərlə təminatın həyata keçirilməsi nəzərdə tutulur.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyul 2026