İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi müzakirə olunub.
Bakıvaxtı.az xəbər verir ki, İran bu layihə ilə Hürmüz boğazının idarə olunmasında yeni mərhələyə qədəm qoymaq istəyir.
"Bu layihə ilə İran Hürmüz boğazının idarə olunmasında yeni mərhələyə qədəm qoyacaq və düşmən ölkələrin donanmalarının boğazdan keçidi qadağan ediləcək", - məlumatda bildirilib.
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf isə bildirib ki, İrana hücum təkrarlanarsa, İslam Respublikasının cavabı daha sərt olacaq.
"Əgər bizi bir daha sınağa çəkərlərsə, onlara daha böyük bir dərs verəcəyik. Əgər döyüşsəniz, döyüşəcəyik və əgər məntiqlə gəlsəniz, məntiqlə qarşılıq verəcəyik", - sözlərini ABŞ Prezidenti Donald Trampa ünvanlayan Qalibaf İranın təslim olmayacağını xatırladıb.
Bakı 




