• Bakı C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Qazaxıstanda sükut günü BAŞLADI

DÜNYA

14 Mart 2026 | 00:50

Qazaxıstanda sükut günü BAŞLADI

Qazaxıstanda martın 14-də yeni Konstitusiya layihəsi üzrə keçiriləcək respublika referendumu ərəfəsində sükut günü başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, martın 15-də Qazaxıstanda respublika referendumu keçiriləcək. Səsverməyə yeni Konstitusiyanın qəbul edilməsi məsələsi çıxarılıb.

Referendumda yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik olan Qazaxıstan vətəndaşları iştirak edə bilərlər.

Referendum günü ölkə üzrə ümumilikdə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək.

Onlardan 9 779-u vətəndaşların qeydiyyat yeri üzrə, 622-si ölkə ərazisində müvəqqəti qeydiyyat məntəqələrində, 71-i isə Qazaxıstanın 54 ölkədə yerləşən xarici nümayəndəliklərində açılacaq.

Referendum iştirakçılarının siyahılarına ümumilikdə 12 461 796 vətəndaş daxil edilib


SON XƏBƏRLƏR

13 Mart 2026