• Bakı C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

"Vaşinqton müharibəni uzatmayacaq" - Yılmaz

DÜNYA

14 Mart 2026 | 00:28

Vaşinqton müharibəni uzatmayacaq - Yılmaz

Türkiyənin İranla bağlı mövqeyi aydın və ardıcıldır. Biz müharibənin mümkün qədər tez bitməsini istəyirik və bu istiqamətdə səylərimiz davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz martın 13-də yerli telekanallara açıqlamasında bildirib.

Yaxın Şərqdə yaranan vəziyyətdən danışan C.Yılmaz qeyd edib: “İran məsələsində vasitəçilik etmək üçün ciddi səylər göstərdik, lakin danışıqlar masası son anda Omanda quruldu. Təəssüf ki, müsbət nəticə əldə olunmadı və proseslər müharibə ilə nəticələndi”.

Vitse-prezident qarşıdurmanın bütün bölgəyə yayılma riski ilə bağlı xəbərdarlıq edib və əlavə edib ki, hazırda regionda qeyri-müəyyənlik mövcuddur, dəqiq proqnoz vermək mümkün deyil: “Həm iqtisadi, həm də humanitar baxımdan risklər mövcuddur. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ümumi yanaşmasından belə nəticəyə gəlirəm ki, Vaşinqton müharibəni uzatmayacaq”.

C.Yılmaz vurğulayıb ki, yalnız gücə arxalanan, qanun və qaydalara məhəl qoymayan siyasət insanlığın gələcəyi üçün ciddi təhlükə yaradır: “İnanıram ki, bəşəriyyət hadisələrə mütləq şəkildə reaksiya verəcək”.

Türkiyənin hava məkanında zərərsizləşdirilən raketlərlə bağlı sualı cavablandıran vitse-prezident deyib: “Biz qarşı tərəfə dəfələrlə xəbərdarlıq etdik. İranda deyirlər ki, “Raketi biz atmamışıq”. Hazırda qonşu dövlətdə vahid qərar qəbuletmə sistemi yoxdur, fərqli təşkilati struktur tətbiq olunur. Türkiyə isə həm NATO daxilində, həm də öz resursları ilə tədbirləri davam etdirir”.


SON XƏBƏRLƏR

13 Mart 2026