• Bakı C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

10 min heyvan dondurularaq xüsusi anbarda saxlanılacaq

DÜNYA

14 Mart 2026 | 01:30

10 min heyvan dondurularaq xüsusi anbarda saxlanılacaq

Dünya Təbiəti Mühafizə Fondunun (WWF) məlumatına görə, onurğalı heyvan populyasiyası 73% azalıb. Bu qlobal böhrana qarşı Dubayda BioVault adlı nəhəng bir bioloji kassa inşa edilib. Layihə çərçivəsində 10 mindən çox növün DNT-si gələcək nəsillər üçün dondurularaq mühafizə altına alınır.

Bakıvaxtı.az xəbər verir ki, "Colossal Biosciences" tərəfindən idarə olunan və BƏƏ tərəfindən maliyyələşdirilən layihədə vəziyyəti ən ağır olan 100 növ prioritet siyahıya salınıb. Dubay Gələcək Muzeyində yerləşən bu bioloji kassa:

Dondurulmuş toxuma nümunələrini və hüceyrə xətlərini qoruyur.

Bioloji müxtəlifliyin itirilməsini analiz etmək üçün elmi baza rolunu oynayır.

Gələcəkdə ekosistemlərin bərpası üçün vacib məlumatları saxlayır.

Bu sistem Norveçdəki məşhur Svalbard Qlobal Toxum Anbarı ilə eyni məntiqlə işləyir. Faktiki olaraq heyvanlar dünyası üçün bir "genetik sığorta" funksiyasını yerinə yetirir.

Saxlanılan genetik məlumatlar vasitəsilə gələcəkdə nəsli kəsilmiş növlərin yenidən canlandırılması (de-extinction) hədəflənir.

Müasir dondurma üsulları ilə hüceyrələr onilliklər boyu canlılığını itirmədən saxlanılır.

Layihə təsisçiləri bu bioloji bankların təkcə Dubayla məhdudlaşmamasını, bütün dünyaya yayılmasını planlaşdırırlar. Məqsəd müxtəlif coğrafiyalardakı növləri qorumaq üçün qlobal bir DNA bankı şəbəkəsi qurmaq və elmi məlumat mübadiləsini sürətləndirməkdir./Milli.az


SON XƏBƏRLƏR

13 Mart 2026