Kanada polisi fevralın 11-də ölkənin qərbində 8 nəfərin ölümündə şübhəli bilinən şəxsin 18 yaşlı yerli sakin olduğu açıqlanıb.
Bakıvaxtı.az bu barədə "LeMonde.fr"ə istinadən xəbər verir.
Polis tərəfindən transgender kimi təsvir edilən bu gənc qadın Ces Van Rutselar orta məktəbdə atəş açaraq 12-13 yaşlı beş şagirdi və 39 yaşlı bir müəllimi öldürüb. Onun anasını və qardaşını da evdə güllələyərək öldürdüyü deyilir.
Hakimiyyət orqanlarının məlumatına görə, hadisənin motivi hələlik məlum deyil. Onlar keçmişdə psixi sağlamlıq problemləri ilə bağlı şübhəlinin evinə bir neçə dəfə baş çəkdiklərini də bildiriblər.
Qeyd edək ki, hadisə günü 9 nəfərin öldürüldüyü deyilsə də, daha sonra ölənlərin sayının 8 nəfər olduğu təsdiqlənib. Təxminən 25 nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti hələ də ağırdır.
Hüquq-mühafizə orqanları hadisə yerinə çatdıqdan sonra həmin şəxs onlara atəş açıb. Atəş açan şəxs özünə vurulan güllə yarasından ölü tapılanda tüfəng və tapança daşıyırmış.
Aydın Baxış
Bakı 




