• Bakı C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Türkiyədən İranda baş verənlərə reaksiya

DÜNYA

12 Yanvar 2026 | 23:35

Türkiyədən İranda baş verənlərə reaksiya

Türkiyə qonşu İranda xaosun yaranmasını istəmir. İslam Respublikasının daxili işlərinə xarici müdaxilələr daha böyük böhranlara gətirib çıxaracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibinin müavini və rəsmi nümayəndəsi Ömər Çelik Ankarada AKP rəhbərliyinin iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, İranda mövcud olan bütün məsələlər dialoq yolu ilə həll edilməlidir.

Suriyadakı vəziyyətə münasibət bildirən Ömər Çelik qonşu ölkənin birliyinin və ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu qeyd edib. O bildirib ki, Suriyada kürdlərlə ərəblər arasında qarşıdurma yoxdur, əsas problem terrorizmdir. Siyasətçi vurğulayıb ki, “Suriya Demokratik Qüvvələri” adlandırılan qurum bütün razılaşmaları yerinə yetirməlidir.

Kipr məsələsinə toxunan Ömər Çelik Avropa İttifaqının Kipr probleminin həllində “obyektiv vasitəçi” sayıla bilməyəcəyini deyib.

Bununla yanaşı, o qeyd edib ki, Avropa İttifaqının gələcəyi birbaşa Türkiyə ilə dialoqdan asılıdır. AKP nümayəndəsinin sözlərinə görə, müasir Avropa İttifaqı güclü iqtisadi blokdur, lakin siyasi baxımdan zəif və parçalanmış aktordur.


SON XƏBƏRLƏR

12 Yanvar 2026