• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Böyük Britaniya qoşunlarının Ukraynaya göndərilməsi şərtini açıqladı

DÜNYA

13 Yanvar 2026 | 08:19 | Müəllif: Qalib İbrahimoğlu

Böyük Britaniya qoşunlarının Ukraynaya göndərilməsi şərtini açıqladı

"Ukraynanın təhlükəsizliyinə tam əminlik olmadığı təqdirdə, münaqişə başa çatdıqdan sonra belə Ukraynaya qoşun göndərilməyəcək".

Bakıvaxtı.az-ın “Sky News” telekanalına istinadən məlumatına görə, bunu Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, hava marşalı Riçard Nayton bildirib.

Nayton Britaniya qoşunlarının Ukraynaya göndərilməsi halında təhlükəsizlik zəmanətləri ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, nazirlərin dəstəyi ilə qərarlar qəbul edilərkən hərbi komandirlərin rolu risk səviyyəsini qiymətləndirmək və yerləşdirilmənin faydalarının potensial risklərdən üstün olmasını təmin etməkdir.

Onun sözlərinə görə, Ukraynada yerləşdiriləcək Britaniya qoşunlarının kifayət qədər təhlükəsizliyinə dair təminat olsa belə, real əməliyyat mühitində sıfır risk anlayışı mövcud deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026