2025-ci il ərzində Rusiya vətəndaşları Federal Təhlükəsizlik Xidmətinə (FTX) anonim zəng əsasında təxminən 150 min ehtimal olunan hüquq pozuntusu ilə bağlı məlumat verib.
Bakıvaxtı.az xəbər verir ki, hesabata görə, qurumun mərkəzi qaynar xəttinə 68 785, regional ofislərə isə daha 77 772 müraciət daxil olub.
FTX bunlardan müvafiq olaraq yalnız 455 və 15 233-nü "əməliyyat baxımından əhəmiyyətli" kimi təsnif edib. Xidmət qalanlarını “informativ” olaraq qeyd edib.
Araşdırmalardan sonra 18 nəfər "terrorizm" və "təxribat"da ittiham olunub. Hüquq-mühafizə orqanları həmçinin bomba təhlükəsi ilə bağlı yalan məlumata görə 20 cinayət işi açıb.
Üç nəfər “terror xarakterli yalan məlumat” yaymaqda təqsirli bilinib, daha dörd nəfər isə inzibati məsuliyyətə cəlb edilib.
Bakı 




