• Bakı C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Şoyqu Laricani ilə DANIŞDI

DÜNYA

12 Yanvar 2026 | 21:40

Şoyqu Laricani ilə DANIŞDI

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Şoyqu telefon söhbətində Moskvanın Tehranla qarşılıqlı əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib. Tərəflər arasında təmasların davam etdiriləcəyi qeyd olunub.

Telefon danışığı barədə məlumat verən Şoyqu bildirib ki, Rusiya İranla 2025-ci il yanvarın 17-də imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi əsasında ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Həmsöhbətlər təhlükəsizliyin təmin edilməsi məqsədilə əlaqələri davam etdirmək və mövqeləri koordinasiya etmək barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR

12 Yanvar 2026