ABŞ prezidenti Donald Tramp İranla hər hansı formada ticarət əlaqəsi quran dövlətlərə qarşı yeni sanksiya mexanizmini işə saldığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı paylaşımında məlumat verib.
Prezident bildirib ki, qərara əsasən, İranla ticarət münasibətləri davam etdirən bütün ölkələrdən idxal olunan məhsullara dərhal 25 faiz əlavə gömrük rüsumu tətbiq olunacaq.
“Bu qərar qətidir və heç bir istisna olmadan qüvvəyə minir”, – Tramp vurğulayıb.
Aydın Baxış
Bakı 




