• Bakı C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Bir neçə rayonda 1 saat işıq olmayacaq

CƏMİYYƏT

13 Yanvar 2026 | 12:03

Bir neçə rayonda 1 saat işıq olmayacaq

Bu gün 110 kV-luq "Zaqatala-1" hava xəttinin Balakən rayonu ərazisindən keçən hissəsində təmir-bərpa işləri həyata keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Balakən, Qax, Şəki və Zaqatala rayonlarının bəzi ərazilərində saat 12:30-dan 13:30-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

12 Yanvar 2026