• Bakı C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Xocalı həqiqətləri Türkiyədə də təqdim olunacaq

CƏMİYYƏT

12 Fevral 2026 | 11:27

Xocalı həqiqətləri Türkiyədə də təqdim olunacaq

​Tarix bəzən sadəcə rəqəmlər və tarixlərdən ibarət deyil; o, xalqların qan yaddaşı, millətlərin şərəf məsələsidir. 1992-ci il fevralın 26-sı da təqvimdə bir gün deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının hüznlə anılacağı, eyni zamanda ədalət tələbinin bir daha dünyaya çatdırılacağı gündür.

Faciədən 34 il keçir. Soyqırımın ildönümləri Azərbaycanla yanaşı xaricdə yaşayan, təhsil alan soydaşlarımız tərəfindən də anılır.

Türkiyə Respublikasının Balıkesir vilayətindəki Bandırma Onyedi Eylül Universitetində təhsil alan biz azərbaycanlı tələbələr də faciənin 34-cü ildönümü ilə əlaqədar genişmiqyaslı anım tədbirləri keçirməyi planlaşdırır.

Bandırma Onyedi Eylül Universitetində azərbaycanlı tələbələrin sədri və Azərbaycan Topluluğunun başkanı Elşən Nəsirov Bakıvaxtı.az-a bildirib ki, tarixi həqiqətlərin akademik mühitdə beynəlxalq ictimaiyyətə çatdırılması üçün ciddi hazırlıq işləri görülməkdədir.

"Dünyanın hansı universitetində təhsil almağımızdan asılı olmayaraq, qəlbimizdə ilk növbədə Vətən sevgisi var” deyən E.Nəsirov bu prosesdə Azərbaycan gəncliyinin mövqeyini ifadə edir. Onun sözlərinə görə, başqa xalqların nümayəndələrinə fəxrlə və qürurla “Biz azərbaycanlıyıq, biz türkük!” söyləməklə tariximizi və şəhidlərimizi heç bir zaman unutmamalıyıq.

E.Nəsirov bildirib ki, bu mühüm layihənin yüksək səviyyədə baş tutması üçün komanda işi və operativ idarəetmə böyük əhəmiyyət kəsb edir.

Tədbirin təşkilati detallarının planlanması, texniki hazırlıqların görülməsi və sahə işlərinin koordinasiyası prosesində sədr müavini və təşkilati idarəetmə rəhbəri Əfqan Hacıyev mühüm rol oynamaqdadır. ​Hazırlanan fəaliyyət planının qüsursuz icrası üçün zəruri addımlar atılır, tələbə heyətinin koordinasiyası və tədbir günü üçün axışın nizamlanması təmin edilir:

“Biz, Bandırmada təhsil alan azərbaycanlı tələbələr olaraq inanırıq ki, planlaşdırılan bu fəaliyyətlər, Azərbaycan həqiqətlərinin səsinin ucaldılması baxımından mühüm bir addım olacaq. ​Məqsədimiz gənclər arasında tarixi faktların düzgün çatdırılmasını təmin etmək və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etməkdir. Biz bu yolda bütün gücümüzlə çalışır və tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün hazırlıqlarımızı davam etdiririk.

​Xocalını unutmadıq, unutdurmayacağıq!”

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

11 Fevral 2026