• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bərdədə ağır qəza - Sürücü öldü

CƏMİYYƏT

14 Mart 2026 | 10:17 | Müəllif: Zeynəb Rzayeva

Bərdədə ağır qəza - Sürücü öldü

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza hadisəsi ötən gecə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb. 

İlkin məlumata görə, rayon sakini 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi “VAZ-2106” markalı, 09 BK 349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində “VAZ”ın sürücüsü Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri araşdırılır. (Qafqazinfo)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026