• Bakı 10° C

    5.35 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Bakıda NATO-nun kursu keçirilib - FOTO

CƏMİYYƏT

14 Mart 2026 | 10:19

Bakıda NATO-nun kursu keçirilib - FOTO

Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na əsasən Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində 1-ci səviyyəli qiymətləndirici kursu (ETC - 49 - Evaluator Training Course) keçirilib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil olunan kursda Azərbaycandan 22, NATO və tərəfdaş ölkələrdən isə 30 nəfər təlimatçı və dinləyici qismində iştirak ediblər.

    Kurs müddətində fərdi və qrup şəklində müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub.

    Keçirilən kursun əsas məqsədi Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçün ixtisaslı hərbi qulluqçuların sertifikatlaşdırılmasıdır.


    SON XƏBƏRLƏR

    13 Mart 2026