• Bakı C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Kiyev VURULUR: “Təhlükəsiz yerdə qalın, ruslar RAKETLƏRLƏ...”

DÜNYA

13 Yanvar 2026 | 08:22

Kiyev VURULUR: “Təhlükəsiz yerdə qalın, ruslar RAKETLƏRLƏ...”

Kiyevdə yenidən həyəcan siqnalı səsləri eşidilib. Yerli hakimiyyət orqanları Rusiyanın Ukrayna paytaxtına ballistik raket hücumu həyata keçirdiyini bildirib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Moskvanın hücumlarının yeganə hədəfi Kiyev olmayıb. Ukraynanın şimal-şərqində yerləşən ikinci ən böyük şəhəri olan Xarkovun ətrafı da zərbələrə məruz qalıb. Vilayət qubernatorunun sözlərinə görə, ölənlərin sayı ən azı iki nəfərdir. Oleq Sinequbov “Telegram” sosial şəbəkəsində yazıb:

"Hazırda bilirik ki, Xarkovun ətrafında düşmən hücumları nəticəsində iki nəfər həlak olub".

Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram”da əhaliyə xəbərdarlıq edib:

“Təhlükəsiz yerlərdə qalın. Ruslar paytaxta ballistik raketlərlə hücum edir”.

Mer Vitali Kliçko isə hava hücumundan müdafiə bölmələrinin Rusiya hücumunu dəf etmək üçün səfərbər olunduğunu bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR

12 Yanvar 2026