BMT Rusiyanın Ukraynaya hücumlarını qəbuledilməz sayaraq dərhal dayandırılmasına çağırıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Təhlükəsizlik Şurasının iclasında bildirilib ki, hücumlar enerji infrastrukturunu sıradan çıxararaq milyonlarla ukraynalını elektrik, istilik və susuz qoyub.
BMT rəsmiləri mülki əhalinin qış şəraitində həyatı üçün zəruri sistemlərin pozulduğunu və 10,8 milyon insanın təcili yardıma ehtiyacı olduğunu vurğulayıb.
Məlumata görə, humanitar ehtiyaclara cavab vermək üçün 2,31 milyard dollar tələb olunur.
Əli Hüseynov
Bakı 



