• Bakı C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Oxumaq və yazmaq demensiya riskini 40 faiz azalda bilər

DÜNYA

12 Fevral 2026 | 10:37

Oxumaq və yazmaq demensiya riskini 40 faiz azalda bilər

Oxumaq, yazmaq və yeni dillər öyrənmək kimi zehni fəaliyyətlərin demensiya riskini təxminən 38-40 faiz azaltdığı müəyyən edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Neurology" jurnalında dərc olunan araşdırma göstərir ki, ömür boyu intellektual stimullaşma alzaymer xəstəliyinin başlanmasını orta hesabla 5 il gecikdirə bilər.

Tədqiqatçılar bildirirlər ki, zehni aktiv insanlar yüngül idrak pozğunluqlarından da daha gec əziyyət çəkməyə başlayırlar.

Mütəxəssislər bu nəticələrin kitabxanalar və təhsil proqramları kimi zəngin mühitlərə çıxışın əhəmiyyətini bir daha sübut etdiyini qeyd edirlər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

11 Fevral 2026