q
  • Bakı 13° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Türkiyədə avtobusla yük maşını toqquşdu: xəsarət alanlar var 

DÜNYA

14 Mart 2026 | 09:23

Türkiyədə avtobusla yük maşını toqquşdu: xəsarət alanlar var 

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Ankara-Samsun magistralının Amasya vilayətindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım maşınları cəlb olunub.

İlkin məlumata görə, avtobusdakı 11 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar ətrafdakı xəstəxanalara çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma başladılıb..


SON XƏBƏRLƏR

01 May 2026