• Bakı C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Şaraanı öldürmək istəyiblər

DÜNYA

12 Fevral 2026 | 09:35

Şaraanı öldürmək istəyiblər

2025-ci ildə Suriya Prezidenti Əhməd Şaraa, daxili işlər və xarici işlər nazirləri beş sui-qəsd cəhdinin hədəfi olublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin İŞİD terror təşkilatının yaratdığı təhdidlərə dair hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, Şaraa ölkənin ən sıx məskunlaşmış vilayəti olan Hələbin şimalı və Dəraanın cənubunda İŞİD-ə bağlı qrup tərəfindən hədəfə alınıb.

Sənəddə Suriya daxili işlər naziri Ənəs Xəttab və xarici işlər naziri Əsəd Şibaniyə qarşı cəhdlərin tarix və detalları göstərilməyib.

Vurğulanır ki, bu sui-qəsd cəhdləri ekstremist təşkilatın Suriyanın hökumətini zəiflətmək niyyətində olduğunu daha sübut edir və onun ölkədə təhlükəsizlik boşluqları və qeyri-müəyyənlikdən fəal şəkildə istifadə etdiyini göstərir.

BMT-nin terrorla mübarizə üzrə ekspertlərinin fikrincə, İŞİD hələ də ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərir və əsasən Suriyanın şimal və şimal-şərq bölgələrində təhlükəsizlik qüvvələrini hədəf alır./Teleqraf 


SON XƏBƏRLƏR

11 Fevral 2026