• Bakı 13° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Rusiyada polis bölməsinə terror aktının qarşısı alınıb

DÜNYA

12 Fevral 2026 | 11:06

Rusiyada polis bölməsinə terror aktının qarşısı alınıb

Federal Təhlükəsizlik Bürosunun əməkdaşları Rusiyada polis bölməsinə silahlı hücum planlaşdıran şəxsi saxlayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, 57 yaşlı şəxs əvvəllər terror və ekstremist cinayətlərə görə məhkum olunub.

Onun qarajında əldəqayırma partlayıcı qurğu və silahlar aşkar edilərək zərərsizləşdirilib.

Saxlanılan şəxs barəsində terror aktına hazırlıq və partlayıcı maddələrlə bağlı cinayət işi açılıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Aprel 2026