• Bakı C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Ağ Ev təsdiqlədi: Tramp İrana aviazərbələri nəzərdən keçirir

DÜNYA

13 Yanvar 2026 | 00:20

Ağ Ev təsdiqlədi: Tramp İrana aviazərbələri nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp lazım gəldikdə İranda hərbi metodlardan istifadə etməkdən çəkinmədiyini göstərib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt jurnalistlərə bildirib.

"Ola bilsin ki, Prezident Trampın ən güclü tərəfi budur: O, həmişə bütün mümkün variantları hazır saxlayır və hava zərbələri onun nəzərdən keçirdiyi çoxsaylı variantlardan yalnız biridir", – o qeyd edib.

Levitt bununla yanaşı vurğulayıb ki, diplomatiya Tramp üçün hər zaman birinci seçimdir.

O əlavə edib ki, rəsmi Tehranın ictimaiyyətə təqdim etdiyi informasiya Vaşinqton administrasiyasının özəl kanalları vasitəsilə aldığı məlumatlardan tamamilə fərqlənir.


SON XƏBƏRLƏR

12 Yanvar 2026