• Bakı C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Sumqayıtda iki avtomobil toqquşdu - Yanğın baş verdi

HADİSƏ

13 Yanvar 2026 | 09:49

Sumqayıtda iki avtomobil toqquşdu - Yanğın baş verdi

Sumqayıtda iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bulvar küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA Optima" və "Toyota Prius" markalı minik avtomobillərinin toqquşması səbəbindən yanğınla nəticələnən yol-nəqliyyat qəzasının baş verdiyi müəyyən edilib.

Yanğın nəticəsində "Toyota Prius" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.


SON XƏBƏRLƏR

12 Yanvar 2026