• Bakı C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

İmişlidə avtomobil qəzası - Xəsarət alanlar var

HADİSƏ

11 Fevral 2026 | 12:27

İmişlidə avtomobil qəzası - Xəsarət alanlar var

İmişli rayonunda üç qadının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişmiş sınığı, dirsək nahiyyəsinin yarası, qapalı kəllə-beyin travması, sol diz və baldırın sıyrıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir./Report


SON XƏBƏRLƏR