• Bakı C

    8.39 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Elza Seyidcahan bu şəxslərin borcunu ödəyəcək - ÖZÜ DANIŞDI

MƏDƏNİYYƏT

13 Yanvar 2026 | 13:06

Elza Seyidcahan bu şəxslərin borcunu ödəyəcək - ÖZÜ DANIŞDI

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi üzvlük haqqı borclarına görə yeni tədbir görür.

Bakıvaxtı.az-ın məlumatına görə, Birlik həmin şəxslərin əlifba sırası ilə adlı siyahısını tərtib edib. Siyahı dövrü mətbuatda dərc olunub.

Məlumata görə, 2026-cı il fevralın 1-dək üzvlük haqqı borclarını ödəməyən şəxslər AYB-dən xaric ediləcək.

Qeyd edək ki, quruma üzvlük haqqı illik 15 manatdır.

AYB üzvlüyü və üzvlük haqqı borcları ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Elza Seyidcahan bildirib ki, borcları ödəmək lazımdır:

"Ümumi nə qədər borc edirsə, mən ödəyərəm, ödəməyənlərin yerinə. Məndən onlara 2026-cı ilə hədiyyə olsun. Şükür Allaha, şeirlərim ruzilidir".

Elza Seyidcahan xoşbəxt şair olduğunu qeyd edib: 

"Mənə nəsib olub ki, tarix yazan, canlı əfsanə olan, böyük yazıçımız, sədirimiz Anar Rzayev dövründə Yazıçılar Birliyinin üzvü seçilmişəm".

Əli Hüseynov


SON XƏBƏRLƏR