• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib

MƏDƏNİYYƏT

10 Fevral 2026 | 20:39

Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib

10–13 fevral tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.

Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, sessiya çərçivəsində fevralın 10-da İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunmuş nominasiyalar müzakirə edilib.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

    Bununla da ilk dəfə olaraq Ağdam abidələri beynəlxalq mədəni irs siyahılarına daxil edilib.


    SON XƏBƏRLƏR