• Bakı C

    9.27 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub 

MƏDƏNİYYƏT

04 Mart 2026 | 17:12

Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub 

Mədəniyyət nazirinin müavini Murad Hüseynov tanınmış teatr və kino aktrisası, Əməkdar artist Kübra Əliyevanı evində ziyarət ediblər.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazir müavini Kübra Əliyevanın sənət yolundan danışaraq onun tamaşa və filmlərdə bir-birindən maraqlı obrazlar qalereyası yaratdığını deyib.

Aktrisanın səhnə uğurlarını ekranda da təkrarladığı, həyat verdiyi obrazların geniş tamaşaçı kütləsi tərəfindən maraqla qarşılandığı vurğulanıb.

Qeyd olunub ki, sənətkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib.

Əməkdar artist Kübra Əliyeva yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib.


SON XƏBƏRLƏR