• Bakı 14° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Rasim Balayevin Alim Qasımovla MÖHTƏŞƏM DUETİ - VİDEO

MƏDƏNİYYƏT

30 Mart 2026 | 09:58

Rasim Balayevin Alim Qasımovla MÖHTƏŞƏM DUETİ - VİDEO

Azərbaycanın böyük sənətkarı Rasim Balayevin vəfatından sonra onunla bağlı xatirə yazıları və videolar sosial şəbəkələrdə geniş yayılaraq trendə çevrilib.

Bu çərçivədə Bakıvaxtı.az daha bir diqqətçəkən videonu təqdim edir. Kadrlardan aydın olur ki, Azərbaycanın görkəmli şairi Ramiz Rövşənin oğlunun toy mərasimində (2013, mart) xalqımızın iki böyük sənətkarı – dünya şöhrətli xanəndə Alim Qasımov və xalq artisti Rasim Balayev birlikdə çıxış edərək unudulmaz anlara imza atıblar.

Həmin məclisdə Rasim Balayevin həzin şəkildə şeir səsləndirməsi, Alim Qasımovun isə ona muğamla müşayiət etməsi qonaqlar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Bu emosional duet təkcə bir çıxış deyil, həm də Azərbaycan mədəniyyətinin dərin köklərini, sənət adamlarının birliyini və qarşılıqlı ehtiramını əks etdirən nadir an kimi yadda qalıb.

Sosial mediada yenidən yayılan bu görüntülər Rasim Balayevin sənət irsinin nə qədər canlı və sevilən olduğunu bir daha sübut edir.

Bakıvaxtı.az həmin videonu bir daha təqdim edir və böyük sənətkar Rasim Balayevə Allahdan rəhmət diləyir. /musavat.com

 

 


SON XƏBƏRLƏR

29 Mart 2026