Əfqanıstanın bir neçə bölgəsində baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri 17 nəfərin həyatına son qoyub.
Bakıvaxtı.az-ın "The Associated Press"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin mətbuat katibi Yusuf Hammad bildirib.
Həmçinin qeyd olunur ki, əlverişsiz hava şəraitinin fəsadları nəticəsində 26 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayı arta bilər.
Fəlakətin nəticələri Əfqanıstanın 34 əyalətindən 13-nə, əsasən ölkənin qərb, mərkəzi və şimal-qərb hissələrinə təsir edib.
"Şiddətli hava şəraiti həmçinin 147 evin tamamilə və ya qismən, 80 kilometr (təxminən 50 mil) yolun dağılmasına və kənd təsərrüfatı torpaqlarına, suvarma kanallarına və müəssisələrə ziyan vurmasına səbəb olub", - Hammad deyib.
Meteoroloji proqnozlara görə, güclü yağışlar davam edəcək, ölkənin şərq və mərkəzi ərazilərində də daşqınlar mümkündür.
Bakı 




