• Bakı 14° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Neftin qiyməti yenidən 115 dolları ötüb

İQTİSADİYYAT

30 Mart 2026 | 09:30

Neftin qiyməti yenidən 115 dolları ötüb

Qlobal əmtəə bazarlarında neft yeni həftəyə 10 dollara yaxın bahalaşma ilə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-ın WTI markalı neftinin NYMEX birjasında ticarət olunan may fyuçersləri 1,71% və ya 1,70 dollar artaraq 101,34 ABŞ dollarına yüksəlib.

    Brent markalı neftin ICE birjasında ticarət olunan may fyuçersləri isə 2,65% və ya 2,98 dollar bahalaşaraq 115,55 ABŞ dolları səviyyəsində yüksəlib.

    Qeyd edək ki, Brent neftinin ötən həftə üzrə birjada bağlanış qiyməti 105 dollar civarında olub.

    Xatırladaq ki, bazar iştirakçıları Yaxın Şərqdə gərginliyin artması və xüsusilə Hörmüz boğazı ətrafında mümkün təchizat risklərini qiymətləndirirlər. Bu da neftin qiymətinə birbaşa təsir edir.


    SON XƏBƏRLƏR

    29 Mart 2026